“Veysəloğlu” şirkətlər qrupu jurnalistlər üçün tur təşkil edib - VİDEO

img

09-09-2014 [12:34]


Məlum olduğu kimi, "Veysəloğlu” şirkətlər qrupu jurnalistlər üçün 5-6 sentyabr tarixlərini əhatə edən tur təşkil edib.

Tura 50-yə yaxın media nümayəndəsi qatılıb. Hər zaman jurnalistlərə xüsusi diqqət ayıran şirkət nümayəndələri, bu dəfə də media əhlinin yüksək istirahətini təmin ediblər. "Veysəloğlu” tərəfindən Qəbələdə Qafqaz Karvansaray otelə yerləşdirilən jurnalistlər burada həm yüksək səviyyədə istirahət ediblər, həm də şirkətin 20 illik fəaliyyəti haqqında qısa təqdimatla tanış olublar. Təqdimat zamanı şirkət tərəfindən media nümayəndələrinə hədiyələr də verilib. Eyni zamanda turun ilk günü jurnalistlər şirkət nümayəndələri tərəfindən Tufandağ Qış-Yay Turizim Kompleksinə də aparılıblar.

Turun ikinci günü isə "Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri jurnalistləri Oğuz rayonuna apararaq, burada təbiət qoynunda onların istirahətinə şərait yaradıblar.

Qeyd edək ki, "Veysəloğlu" şirkətlər qrupu Azərbaycanda ən böyük distributor şirkətidir. Dünyanın 100-dən artıq fabrikinin məhsullarının Azərbaycanda dağıtımını təşkil edir.

veysel-jurn.jpg (525×350)

ilham-memmedz.jpg (960×640)

Veyseloglu 20 il Flash Mob 2014


Digər xəbərlər
SON XƏBƏRLƏR