Ərdoğan Yunanıstana xəbərdarlıq etdi

img

08-09-2014 [18:11]


Yunanıstan parlamenti qondarma "erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayıb.

Musavat.com Türkiyə informasiya qaynağına istinadən verdiyi xəbərə görə, parlamentarlar  sənədin 6 bəndindən 3-ü artıq qəbul ediblər. Digər 3 bəndin müzakirəsi isə sentyabrın 9-na saxlanılıb.     

Məlumatlara görə, məsələ sentyabrın 5-də NATO-nun Uels sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Antonis Samaras arasında da müzakirə mövzusu olub. Ərdoğan baş naziri qanun layihəsinin iki ölkə münasibətlərini mürəkkəbləşdirə biləcəyi barədə xəbərdar edib. Öz növbəsində Samaras sənədin beynəlxalq hüquqla ziddiyyət təşkil etmədiyini söyləyib. 
   
Xatırladaq ki, analoji qanun İsveçrə və Slovakiyada artıq qüvvədədir. Yunanıstan saxta "genosidi” dövlət səviyyəsində 1996-cı ildə tanıyıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR