Mikayıl Cabbarov yeni əmr verdi

img

08-09-2014 [14:58]


Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarov əmr verib. 

Nazirlikdən verilən məlumata görə, əmrə əsasən 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələri və peşə liseylərində boş qalan müəllim yerlərinə əlavə yerləşdirmənin nəticələri təsdiq edilib.

Əmrdə qeyd olunub ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərlərinə tapşırılıb ki, 5 gün müddətində əlavə yerləşdirmə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını və həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər, habelə yeni işə qəbul edilmiş ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlbini təmin etsinlər.

Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayevə həvalə edilib(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR