Ərəb ölkələri İŞİD-ə qarşı qərar verdi

img

08-09-2014 [09:34]


Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri "İraq İslam Şam Dövləti" terror təşkilarına qarşı mübarizə tədbirləri hazırlamağa razılaşıblar.

Bu barədə qərar Misirin paytaxtı Qahirədə ərəb ölkələri təşkilatının xarici işlər nazirləri səviyyəsində toplantısında qəbul edilib.

ADL-ə üzv ölkələr razılığa gəliblər ki, radikal qruplaşmalara qarşı beynəlxalq və regional səylərə yardım etsinlər. Ərəb ölkələri BMT Təhlükəsizlik Şurasının İraq və Suriyada ekstremistlərə nəqliyyat, hərbi və maddi dəstəyin dayandırılması barədə qərarını dəstəkləyiblər.
Musavat.com 

Digər xəbərlər
SON XƏBƏRLƏR