Bürclər (2 sentyabr)

img

02-09-2014 [00:31]


QOÇ- Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda soyuqluq gözlənilir. Bu kimi xoşagəlməzlikləri dəf etmək üçün təmkin nümayiş etdirməlisiniz. Nahardan sonra müqəddəs yerlərə baş çəkin.

BUĞA- İşgüzar əlaqələri dərinləşdirmək üçün birə-beş qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.

ƏKİZLƏR- Maddi problemləriniz qabardığından bütün sahələrdə daxili süstlük sizi tərk etmir. Lakin usanmağa dəyməz. Ən azı ona görə ki, saat 14-dən sonra bu yönümdə uğurlu məqamlar yaşayacaqsınız.

XƏRÇƏNG- Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Sevindirici xəbərlər, maraqlı məclislər yolunuzu gözləyir.

ŞİR- Yeri gəldi-gəlmədi, özünüzü tərif etməkdən vaz keçin. Bu, nüfuzunuza ciddi xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduqlarınıza mərhəmət göstərəsiniz. Səhhətinizə fikir verin.

QIZ- Öz bürcünüzün enerjili vaxtı olduğundan bu gözəl ayın ən düşərli bir gününü yaşayacaqsınız. Ələlxüsus da saat 12-17 arası maraqlı sövdələşmələrin iştirakçısına çevrilə bilərsiniz.

TƏRƏZİ- Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoşagəlməzliklər baş qaldıra bilər. Sonrakı müddətdə isə nəzərdə tutduğunuz planları reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz.

ƏQRƏB- Hər mənada düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

OXATAN- Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Atmosferin bu çirkli çağında səhhətinizi xüsusilə toz-torpaqdan qorumalısınız. Digər işlərinizi təxirə də sala bilərsiniz.

OĞLAQ- Bu təqvimdən başlayaraq ürəkaçan dövranınız start götürəcək. Daha heç bir gərginliklə qarşılaşmayacaqsınız. Ulduzlar nahardan sonra büdcənizdə artım olacağını da bildirir.

SUTÖKƏN- Sevinc dolu hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, büdcənizdə ciddi artım da olsun. Amma yersiz qərarlar çıxarmaq fikrindən uzaq olun. Həmkarlarınızla dil tapmağa çalışın.

BALIQLAR- Saat 16-ya qədər əsəblərinizi qoruya bilsəniz, sonrakı müddəti rahat şəraitdə başa vuracaqsınız. Ümumiyyətlə, yaxşı olar ki, bu gün qeyri-ənənəvi, riskli işlərdən uzaq olasınız.

Digər xəbərlər
SON XƏBƏRLƏR