Milli Şura sessiya keçirməyə yer tapmır

img

01-09-2014 [17:04]


Milli Şura 4 aydır ki, sessiya keçirmir.

MŞ Koordinasiya Şurasının üzvü Rafiq Manaflı MİA-ya açıqlamasında bildirib ki, sentyabrın əvvəlinə təyin olunan sessiya bu dəfə də təxirə salınıb: "Biz sentyabrın əvvəlində Milli Şuranın sessiyasını sentyabrın əvvəlində keçirmək istəyirdik. Lakin bir neçə öncə Koordinasiya Mərkəzinin son iclasında bəzi problemlərə görə tələsməmək qərarına gəldik. Yəqin ki, sentyabrın ikinci yarısında sessiya keçiriləcək. Yer məsələsi, havalarların isti olması və hüquq müdafiəçilrin həbsinə görə iş qrafikimiz gərgindir. Sessiyanın keçirilməsi üçün yer tapmaq problem olaraq qalır”.

Milli Şura ilk sessiyasın Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçirib. VHP Məclis sədri olan R.Manaflı qeyd edib ki, qərargahın hüquqi problemləri olduğu üçün indi Milli Şuraya yer verməyə çəkinirlər: "Milli Şuranın tədbirlərinin keçirildiyi yerlərlə bağlı da yaranan problemləri görmüşük. AXCP-nin ofisinin başına gətirilənləri, İslam Partiyasının qərargahından çıxarılmasın görmüşük. Milli Şuranın sessiyasının keçirilməsinə yer veriləcəyi təqdirdə hüquqi problemlərimizin daha ciddi problemə çevriləcəyinin fərqindəyik. Ona görə də hələ ki, VHP-yə müraciət etmək nəzərdə tutulmur”.

Qeyd edək ki, MŞ-nın sonuncu 3 may sessiyasında yeni üzvlərlə bağlı qalmaqal yaşanmışdı. Qəbul ediləcək üzvlərin hamısı AXCP təmsilçisi olduğundan KXCP buna etiraz etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR