Tədris ili yaxınlaşsa da, Sumqayıtda hələ də bərbad məktəblər var - FOTOREPORTAJ (VİDEO)

img

01-09-2014 [16:26]


Yeni tədris ilinin başlanmasına saylı günlər qalmasına baxmayaraq, Sumqayıtda bəzi məktəblər hələ də bərbad vəziyyətdədir. Xəbər verdiyimiz kimi, mart ayında baş vermiş güclü külək Sumqayıtda yerləşən 34 saylı məktəbin damının uçması ilə nəticələnib. Amma indiyə kimi bu problem öz həllini tapmayıb. Məktəbin belə vəziyyətdə olması, təbii ki, şagirdlərin həyatı üçün təhlükəlidir və orada dərslərin başlanması qeyri-mümkündür.

Həmçinin çəkdiyimiz fotolardan da göründüyü kimi məktəb ərazisi zibil və məişət tullantıları ilə doludur. Hətta ərazidə şifer qırıqları və heyvan sümükləri də var. Ölkəmizdə təhsilə bu qədər diqqət edilən bir vaxtda Sumqayıtda belə halların olması heç cür başa düşülən deyil.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq

Birlik.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR