Xeberle.com portalına yeni baş redaktor təyin olundu

img

01-09-2014 [14:17]


Daha çox Sumqayıtın xəbər saytı kimi tanınan Xeberle.com portalında baş redaktor dəyişikliyi baş verib. 

Buna qədər Ramil Zeynallının baş redaktoru olduğu portala artıq Elnur Ağayev rəhbərlik edəcək. Elnur Ağayev 1983-cü ildə Sumqayıtda doğulub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasını bakalavr və magistratura pillələri üzrə bitirib. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunda doktoranturaya qəbul olunub. 

Hazırda elmi işi izərində çalışır. E.Ağayev 6 il pedoqoji fəaliyyətlə məşğul olub. Belə ki, 4 il Sumqayıt Özəl Orta İxtisas Kollecində və 2 il Azərbaycan Turizm İnstitutunda fəlsəfə, politologiya və sosiologiya elmlərindən dərs deyib. Jurnalistika fəaliyyətinə 2005-ci ildən "168 saat” qəzetində başlayıb. Sonra AzTV-nin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar departamentində, "TV plyus” jurnalı və "Ekran-Efir” qəzetində çalışıb. Dövri mətbuatda yüzlərlə məqaləsi çıxıb. Daha çox sosial problemlər və psixoloji mövzular üzrə yazır. Bir neçə il öncə həmkarları ilə Sumqayıtda ilk dəfə olaraq Jurnalistika kursları təşkil edib. 3 mövsüm təşkil olunan kurslardan 100-dək gənc ölkənin müxtəlif media peşəkarları tərəfindən jurnalistika dərsləri dinləyiblər. E.Ağayev media üzrə bir neçə yerli və benəlxalq kurs, layihə və konfransların iştirakçısıdır. Ailəlidir, 1 qızı, 1 oğlu var. E.Ağayev bu gündən vəzifəsini icra etməyə başlayıb. 

Xatırladaq ki, buna qədər Elnur Ağayev portalın redaktoru vəzifəsində çalışırdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR