“İsa Qəmbər başqanlıqdan getməsə, Müsavat dağılacaq”

img

01-09-2014 [14:12]


Son günlər Müsavat Partiyası yenidən daxili gərginliyi ilə gündəmə gəlib. Partiya başkanlığı uğrunda gedən mübarizə Müsavatda ciddi ziddiyyətlər, qarşıdurmaya gətirib çıxarıb. Vəziyyət o həddə çatıb ki, bir sıra müsavatçılar İsa Qəmbərin partiyaya ciddi cəhdlə nəzarəti əldə saxlamasına etiraz edərək Müsavatı tərk ediblər. Bəs görəsən partiyada bundan sonrakı proseslər necə cərəyan edəcək və İsa Qəmbərin başkanlıqdan getməsi Müsavatın parçalanması ilə nəticələnməyəcəkmi? Müsavat Partiyasında baş verən proseslər və qarşıdakı gözləntilər barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "Olaylar" İnformasiya Agnetliyinə müsahibə verib. 

 -Niyaməddin bəy, son günlər Müsavat Partiyası ətrafında yenidən gərginlik artıb. Başqanlıq uğrunda gedən gərgin mübarizə sizcə bu partiyanın sonuna çıxacaqmı? 

 -Müsavat Partiyasında artan gərginlik gözlənilən idi. Yəni, bu birbaşa İsa Qəmbərlə Arif Hacılı arasında gedən mübarizədir. Baş verən istefalar da bu səbəbdəndir. Artıq hər iki şəxs bir birinə "mesajı” özlərinə yaxın şəxslər vasitəsi ilə edirlər. İsa Qəmbər başqanlıqda qalmaq niyyətini ortaya qoymaq istəyir. 4 ildən artıqdır ki, Arif Hacılı İsa Qəmbərə başqanlıqda güzəşt edir və indi bu məsələni uzatmaq istəmir. Gəln ay Müsavat Partiyasının qurultayı keçirilməsə və İsa Qəmbər başqanlıqdan getməsə Müsavat 100 faiz dağılacaq. 

 -İsa Qəmbərin ciddi cəhdlə partiyaya nəzarəti əlində saxlamaq cəhdi sizcə nədən irəli gəlir. Onsuz da bu partiya uzun illərdir ki, heç bir uğur əldə etmir. Belə olan halda Müsavatı əldə saxlamağın marağı nədir?

-Əslinə qalsa Müsavat Partiyasının son 20 ildə uğursuzluğunun əsas səbəbi də məhs İsa Qəmbərdi. Onun apardığı radikal siyasət partiyanı bu vəziyyətə gətirib çıxarıb. Özlərini müxalifətin "Anası” adlandırırlar, ancaq parlamentdə bir nəfər də olsun təmsilçiləri yoxdur. Belə də "ana” müxalifət olar? Parlament birbaşa siyasət meydanıdır. Digər tərəfdən indiyə qədər Müsavat Partiyasından xeyli adamar istefa verib. Partiyanı təsis edən adamlar da Müsavatdan gedir. Elələri var ki, bu gün quru adı qalıb müsavatda və bu partiya ilə heç bir əlaqəsi, fəaliyyəti yoxdur. Arif Hacılı bu vəziyyətin davam etməsini istəmir və yaxın ətrafına ümüd verir ki, İsa Qəmbər başqanlıqdan getsə, partiyanın fəaliyyətində dəyişiklik olacaq. Bu baxımdan bu adamlar özlərini Müsavatın rəhbərliyində saxlamaqla qarşıdan gələn seçkilərdə uğur qazanmaq istəyirlər. Ancaq unudurlar ki, son 20 ildə məğlubiyyətin əsas səbəbi həm də aparılan siyasətdədir. Radikal siyasətlə heç bir uğur qazanmaq mümkün deyil. Necə ki indiyə qədər bunu qazana bilməyiblər. 

 -Sizcə hazırda Müsavat Partiyasında üzdə olan şəxslərdən kim başqan olaraq partiyanı böhran vəziyyətindən çıxara bilər? 

 -Hal-hazırda Arıf Hacılı bütün rəqiblərindən güclü görünür və mənə elə gəlir ki, Arif Hacılı da başqan olsa belə, yenə Müsavat Partiyasından istefa verib gedənlər olacaq. Neçə ki, bunu vaxti ilə Sülhədddin Əkbər, İbrahim İbrahimli və digərləri etmişdilər. Bu qacılmazdır. 

 -Paralel vəziyyət, ciddi istefalar bir müddət sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasında da müşahidə edilə bilərmi? 

 -AXCP-də kim qalıb ki? Mən 20 ilə yaxındır siyasi fəaliyyətlə məşğulam. Bu gün AXCP-də matros Faiqdən başqa heç kim qalmayıb. Əbülfəz bəyin 1998-ci ildə qurultaydan sonra formalaşdırdığı AXCP Rəyasət Heyətinin 19 nəfər üzvündən bir nəfər belə Əli Kərimlinin yanında qalmayıb. Matros Faiq isə Əli Kərimlinin yerlisidir və o, da həmişə onun köməkçisi işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR