Müasir Müsavatdan prezidentin çıxışına dəstək gəldi

img

01-09-2014 [14:08]


Azərbaycan Prezidenti İlham əliyev ötən həftə Beyləqana səfəri zamanı çıxış edərək xaricdən maliyələşən və yardım adı altında milyonlarla vəsaitin otürüldüyü müxalifəti milli satqın adlandırıb. 

Prezidentin bu tənqidi çıxışı Müasir Müsavat Partiyasının İdarə Heyətinin bu günkü toplantısında müzakirə edilib. Partiya sədri Hafiz Hacıyev ölkə Prezidentinin mövqeyini dəstəklədiyini qeyd edib:”İllərdir mən istər efir vastəsi ilə ,istər digər mətbuatlara müsahibələrimdə xaricin maliyələşdirdiyi satqın müxalifət haqqında kifayət qədər sərt açıqlamalar vermişəm.Bu cür açıqlamalarımdan sonra hər dəfə təzyiqlərlə üzləşmişəm. Xarici dairələr öz gizli planlarını xüsusən gənclər vasitəsi ilə həyata keçirməyə çalışırlar. Mən çox sevinirəm ki,ölkə prezidenti də bu gün öz çıxışında baş verənləri çox dəqiqliyi ilə içtimayətə açıqlayıb.” MMP sədri öz dövlətinə qarşı çalışan qüvvələri bir daha sərt cümlələrlə qınadı və bildirdi ki,Azərbaycanın uğurlarına kölgə salmağa çalışan,sabitliyini pozmaq istəyən qüvvələrə qarşı həmişə barışmaz olub,bundan sonra da mövqeyindən dönməyəcək. Toplantıda Qənbərov isanın Tibilisidə ermənlərdən aldığı bir milyon ,Kərimov Əlinin Avropada yaşayan partiya üzvlərinin əli ilə ölkə daxilində qarışıqlıq salmaq məqsədi ilə aldığı milyonlarla dollar və Cəmil Həsənlinin erməni kürəkəninin vasitəsi ilə aldığı milyonların araşdırılması partiyanın üzvləri adından hüquq mühafizə orqanlarından xahiş edilib. Toplantıda çıxış edən digər partiya funksionerləri də H.Hacıyevin fikrini dəstəklədiklərini qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR