İnterpol Hüseyn Abdullayevin axtarışını dayandırdı

img

01-09-2014 [14:02]


İnterpol Milli Məclisinin keçmiş üzvü Hüseyn Abdullayevin axtarışını dayandırıb. AzNews.az xəbər verir ki, bu barədə məlumatı Hüseyn Abdullayevin özü verib. Onun sözlərinə görə, avqust ayından Fransanın Lion şəhərində yerləşən Beynəlxalq Polis Təşkilatı (İnterpol) axtarış barədə məlumatı öz rəsmi veb səhifəsindən çıxarıb. Sabiq deputat bunu günahsızlığını sübut etməsilə əlaqələndirib. Qeyd edək ki, H.Abdullayevin İnterpol xətti ilə axtarışı Azərbaycan dövlətinin müraciəti əsasında həyata keçirilirdi. Ona Almaniya2014-cü ildən siyasi sığınacaq verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR