Günay İbrahimli bu şəkillərə görə evdən gedib - Video

img

01-09-2014 [13:23]


Son zamanlar gündəmdən düşməyən müğənni Günay İbrahimli "Dəlisiyəm gecənin” klipindəki müzakirə mövzusuna səbəb olan çimərlik geyimindəki fotolarından danışıb.

Tabloid.az xəbər verir ki, klipindən dolayı çəkilən açıq-saçıq şəkillərinə görə qınağa tuş gələn ifaçı bundan bərk qəzəblənib. O, deyib ki, klip çəkilən zaman yay mövsümü olub:

"Yayda da dənizə çimərlik geyimində getmək lazımdır. Qışda belə geyimdə klip çəkdirsəydim, nəsə deyə bilərdilər. Qışda belə klip çəkdirsəydim, deyərdilər ki, başı xarab olub. Mən orada tərbiyəsiz bir şey etməmişəm”.

G.İbrahimli onu da deyib ki, həmin şəkillədrən dolayı ailəsində də problem yaranıb:

"Evdə də çimərlik geyiminə görə problem oldu. Mən də tez çıxıb Avropaya getdim, evdəkilər 15 gün üzümü görmədilər. Sakitləşəndən sonra geri qayıtdım”.

Qeyd edək ki, bir müddət öncə Günay İbrahimli sözləri N.A.D.O-ya, musiqisi Pərviz Mahmudova aid olan "Dəlisiyəm gecənin” adlı mahnısına çəkdiyi klipini təqdim etdi. Klip çəkilişlərində bikinidə olan müğənni eyni zamanda çəkdirdiyi fotosessiyanı da sosial şəbəkələrdə paylaşmışdı. Həmin şəkillər geniş müzakirə mövzuna çevrilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR