Mübariz Qurbanlı: “Təmtaraq və israfçılığa yol verilməməlidi“

img

01-09-2014 [11:33]


"Azərbaycanın özünəməxsus adət-ənənələri var. Lakin milli adət-ənənələr ehkam deyil, onlar da zaman-zaman dəyişikliklərə məruz qalır. Bu da təbii prosesdir. Azərbaycanda yas mərasimləri ilə bağlı hakimiyyətin mövqeyi ondan ibarətdir ki, ölkədə yas mərasimlərinin həyata keçirilməsində hədd aşılmamalı, eləcə də mərasimlərdə müəyyən nizamlar qorunmalıdır. Bu, həm dinimizin tələblərinə uyğun şəkildə həyat keçirilməli, eyni zamanda hər hansı bir təmtaraq və israfçılığa yol verilməməlidir".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bununla bağlı dövlətin mövqeyi bəllidir: "Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsi də 2009-cu ildə Qazilər Şurasının ayrı fətvası da mövcuddur. Orada da yas mərasimlərində israfçılığa yol verilməməsinə çağırış edilib. Tövsiyəmiz odur ki, yas mərasimləri hansısa məsələlərdə israfçılığa gətirib çıxarılmamalıdır və vətəndaşlar burada dinin tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər. Bir çox rayonlarda yas mərasimlərində insanlar mövcud tövsiyələrə əməl edirlər. Bakı şəhərində də məsələ ilə bağlı bir çox dəyişikliklər həyata keçirilir. Bu gün Azərbaycanda məsələ həm ictimaiyyətin, həm də medianın diqqət mərkəzindədir. Əminəm ki, məsələnin həll olunmasında hər iki tərəf öz sözünü lazımi şəkildə deyə biləcək. Bundan sonra yas mərasimləri milli adət-ənənələrə uyğun olaraq həyata keçirə biləcəyik".



Digər xəbərlər
SON XƏBƏRLƏR