İraq Türkmənlərinə yardım kampaniyası başladı

img

30-08-2014 [23:44]


Bakıda "Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi və Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə İraqda yaşayan türkmənlərin üzləşdiyi problemlərə həsr olunan tədbir keçirilib. 

Tədbirdə çıxış edən DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli bildirib ki, bir ilə yaxındır İraq türkmənləri terrorçu qruplaşma tərəfindən qətlə yetirilir, yurd-yuvalarından didərgin salınır. Türkmənlərə dəstək məqsədilə "Haray” yardım kampaniyasına başlamaq haqqında qərar verildiyini deyən S. Rəhimli qeyd edib ki, artıq bir neçə təşkilat kampaniyaya qoşulub: "Təklif edirik ki, kampaniyanın əsasını yeyinti məsulları təşkil etsin. Çünki oradakı insanlar ac-susuz qalıblar. Biz də DAK olaraq, bu kampaniyaya dəstək veririk və hesab edirik ki, kampaniya uğurlu alınacaq. İraqda yaşayan soydaşlarımıza dəstək olmaq hər bir kəsin borcudur”. "Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri, kampaniyanın təşəbbüskarı Ceyhun Ələkbərov isə çıxışında qeyd edib ki, əsas məqsəd İraqda yaşayan türkmənlərə maddi və mənəvi dəstək olmaqdır. Onun sözlərinə görə, cəmiyyət İraq türkmənlərinin üzləşdiyi problemlərə biganə qalmamalıdır: "Buna görə də humanitar yardım kampaniyasına start veririk. Hesab edirəm ki, bu kampaniyanın başlanılması təqdirəlayiq haldır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR