”Seymur Həzi və bütün siyasi məhbuslar həbsdən azad olunsun!” - Bəyanat

img

30-08-2014 [21:44]


Dünən "Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, "Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi saxlanılaraq, Abşeron rayon Polis İdarəsinə aparılmasıyla bağlı Müsavat Partiyasından reaksiya gəlib

Mia.az partiyanın yaydığı bəyanatı təqdim edir:

"Son aylarda Azərbaycan hakimiyyəti demokratiya imitasiyasından imtina edərək, bütövlükdə demokratik qüvvələrə qarşı total repressiyalara start verib.

Məlumata görə, şərlənərək polis idarəsinə aparılan Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Dəfələrlə müxtəlif təzyiqlərə məruz qalan S.Həzinin şikayətlərini tədqiqat aparmadan kənara qoyan hüquq-mühafizə orqanlarının təsadüfi görünən bir hadisə nəticəsində onu dərhal həbs etməsi bu hadisənin öncədən planlaşdırılması anlamına gəlir.

Bu gün Abşeron rayon məhkəməsində Seymur Həzi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Müsavat Partiyası Seymur Həzinin həbsinin ifadə azadlığına qarşı Azərbaycan hakimiyyətinin dözümsüzlüyünün nümunəsi və ölkədə başlanan geniş miqyaslı repressiyaların davamı olduğunu bəyan edərək qəti şəkildə pisləyir, hakimiyyətdən fərqli düşünənlərə qarşı siyasi repressiya tədbirlərinə son qoyulmasını, Azərbaycan xalqı və beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını, Seymur Həzi və digər siyasi məhbusların həbsdən azad olunmasını tələb edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR