Seymur Həzi haqda məhkəmə qərarı - Foto

img

30-08-2014 [15:24]


"Azadlıq” qəzeti və "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da saxlanılan Seymur Həzi bu dəqiqələrdə Abşeron rayon məhkəməsinə gətirilib.

Mia.az-ın Bizimyol.info-ya istinadən məlumatına görə, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Məhkəmə binasının önündə səhər saatlarından etibarən Seymur Həzinin yaxınları, həmkarları və partiyadaşları toplaşıblar.

Dünən məhkəmənin saat 11:00-da olacağı elan edilmişdi.

***

"Azadlıq” qəzeti və "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da saxlanılan Seymur Həzi haqda Abşeron rayon məhkəməsi 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR