ARDNŞ İcra Hakimiyyəti ilə bələdiyyəni məhkəməyə verdi

img

30-08-2014 [13:58]


Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələri ilə bağlı mübahisəli məqamların sayı durmadan artır. Artıq Azərbaycan məhkəmələrində ARDNŞ- Bakının rayon icra hakimiyyətləri yerli bələdiyyələrlə torpaq sahələri uğurunda mübahisələrlə bağlı minlərlə şikayətlərə baxılıb. 

Mia.az-a ARDNŞ-in daha bir İcra Hakimiyyətinə yerli bələdiyyə rəhbərliyinə qarşı qanunsuz sərəncamla bağlı iddia qaldırıldığı haqda məlumat daxil olub. 

Məlumatda bildirilir ki, ARDNŞ-nin Neft Kəmərləri idarəsi bu dəfə Xəzər rayon İcra Hakimiyyəti bu rayonun Buzovna bələdiyyəsi qarşı yeni iddia qaldırılıb. Neft şirkəti belə hesab edir ki, sözügedən İcra Hakimiyyəti ilə bələdiyyə şirkətin balansında olaan torpaq sahələri ilə bağlı qanunsuz sərəncam eksiz sənədləri imzalamaqla, qanunsuzluqlar ediblər: «Şirkətin iddia ərizəsinə artıq 2 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə baxılıb. Lakin həmin məhkəmədə verilən qərar ARDNŞ-in xeyrinə olmayıb. Şirkət rəhbərliyi Xəzər rayon İcra Hakimiyyətinin xeyrinə verilmiş qərardan isə vaxtında apellyasiya şikayəti verməyib. Şirkətin sözügedən idarəsinin hüquqşünasları bunu qərarın surətini vaxtından onlara təqdim edilməməsi ilə əsaslandırıblar elə bu əsasla da Bakı Apellyasiya Məhkəməsinə şikayət ediblər».

Məlumata görə, apellyasiya şikayətinin veilməsi müddətinin bərpa edilməsi ilə bağlı şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyi ilə baxışa qəbul olunub: «Hakim Elmira Nağıyeva avqustun 12- apelyasiya şikayətinin mümkünlüyü haqda şikayəti təmin etməklə yanaşı, İcra Hakimiyyəti ilə Buzovna bələdiyyəsinə qarşı şikayəti icraata qəbul edib. Sentyabrın 2- adıçəkilən qurumlara qarşı növbəti prosesə start veriləcək».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR