Sabirabadda qeyri-adi olay - AXCP üzvünü kim təhdid edib?

img

29-08-2014 [15:12]


Avqustun 28-i axşam saatlarında AXCP Sabirabad şöbəsinin Gənclər Komitəsinin üzvü Miraga Abasov mülkigeyimlilərin təhdidi ilə üzləşib. 

Bu barədə Azadlıq Radiosuna gənc fəal özü məlumat verib.

«Günün sonu idi təşkilatımızın sədri Etibarla zəngləşdik ki, görüşüb bir yerdə çay içək. Elə yola yenicə çıxmışdım ki, mənim dayandığım yerlə üzbəüz yolun o biri üzündə Post-patrul maşını saxladı. Maşından düşən iki nəfər mülkigeyimli mənə yaxınlaşdı və dedilər bizimlə gedək. Onlardan hara gedəcəyimi soruşanda qollarımdan tutub məni maşına apardılar. Bir az gedəndən sonra başıma torba keçirdilər.

Daha sonra bizim kəndin kənarında yeni körpü var məni onun altına gətirdilər. Başımdan torbanı çıxartdılar. Bu vaxt bir nəfər də gəldi. Qaranlıq olduğundan heç birinin üzünü aydın görə bilmirdim. Biri dedi ki, guya o bizim Cavad kəndinin sahə müvəkkilidir. Elə həmin adam mənə təklif etdi ki, AXCP-dən çıxım, bunun əvəzində mənə pul və hətta vəzifə təklif elədilər. Sonra mobil telefonumu zorla əlimdən alıb, məni hardan götürmüşdülərsə orda da qoyub getdilər.

Onların olduğu post patrul maşını nömrəsiz idi. Özü də mənə bir neçə dəfə xəbərdarlıq etdilər ki, bu barədə heç yerə məlumat verməyim. Amma mən dərhal partiyaya məlumat verdim, facebook-da məlumat yaydıq». 

Sabirabad rayon polis şöbəsindən AzadlıqRadiosuna deyiblər ki, onlara belə bir hadisə ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Mirağa Abasov hesab edir ki, bu hədə və təzyiqlər avqustun 5-də AXCP-nin Sabirabad rayon Gənclər Təşkilatının yaradılması və kəndlərdəki gənclərin bu təşkilata üzv olması ilə bağlıdır.

«Avqustun 5-də biz AXCP-nin rayon təşkilatının Gənclər Komitəsini təsis etdik. 20-yə yaxın gənc artıq üzv yazılıb. O yığıncaqdan fotoları facebookda paylaşmışdıq. Mən təşkilatın sədr müaviniyəm və gənclərin bizə üzv olması ilə bağlı müəyyən işlər aparıram. Yəqin bunun qarşısını almaq istəyirlər. Telefonlarımızın izləndiyi bilirik. Bir neçə dəfə dəyişsək də yenə izlənilirik».


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub