29-08-2014 [13:30]
İlham və Fərizənin məzarlarının təhqir edilməsi ilə bağlı şəhid anaları prezidentə müraciət edib.
20 yanvar şəhidləri, bir müddət əvvəl məzarları təhqir edilmiş İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva baş verən hadisə ilə bağlı Azərbaycanın prezidenti İlham Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir: "Hörmətli, Prezident! 20 yanvar şəhidlərinin, sevginin, sədaqətin simvoluna çevrilmiş İlham və Fərizənin məzarlarının təhqir edilməsi hamı kimi bizi də çox sarsıdıb. Təəssüf ki, bu vandalizmin kimlər tərəfindən törədilməsinin üstü hələ də açılmayıb və haqlı olaraq ölkə vətəndaşları bu vandalizmə öz etirazını bildirməkdədir. Şəhidlərimizin qəbirlərinin təhqir edilməsi dəhşətli hadisədir. Bunu ancaq erməni və ya erməni xislətlilər edər. Belə bir hadisənin baş verməsi ağla gələn iş deyil. Azərbaycanda bütöv bir nəslin qanlı yanvar hadisəsinin ağrısı ilə böyüdüyü bir zamanda hansısa bir şərəfsizin (yaxud şərəfsizlərin) aramızda yaşaması dəhşətlidir və bu yolverilməzdir. Belələri istədikləri vaxt istənilən qeyri-insani hərəkətlərə yol verərlər. İnsanlıq adına, etikasına sığmayan bu hərəkət gözünün ağını-qarasını itirmiş bizi anaların ürəyinə daha ağır dağ çəkib. Ana ürəyi haradasa oğul-qız itkisinə dözə bilər, amma canlarını vətən üçün fəda etmiş İlhamla Fərizənin qəbirlərinin təhqir edilməsinə dözə bilmir! O ürək ah-nalə püskürər, onun təlatümü zəlzələdən lərzə gələn torpaq iniltisi qədər dəhşətli olar.
Məlumdur ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi qaldırıb. Heç bir şübhəmiz yoxdur ki, cinayətkarlar Sizin göstərişiniz və ciddi nəzarətiniz sayəsində tapılacaq və ən layiqli cəzaların alacaqlar. İlham və Fərizənin - onların timsalında bütün şəhidlərin - ismətini qorumaq hamımızın borcudur. Bu mənada çox istərdik ki, bu biabırçı hadisədən sonra onların qəbirlərinin üstü yenidən götürülsün, baş və sinə daşları təzələnsin.
Həm də təklif olaraq demək istəyirik ki, Şəhidlər Xiyabanına müşahidə kameralar yerləşdirilsin.
Dərin hörmətlə, İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva”
Qeyd edək ki, iki gün öncə "20 yanvar” Cəmiyyəti də baş vermiş hadisə ilə bağlı Azərbaycanın Daxili İşlər naziri Ramil Usubova və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb