İcra başçısının büdcə talançılığı-250 minlik mənimsəmə

img

25-08-2014 [12:28]


Artıq neçə ildir ki, Ağcabədiyə ayrılan dövlət vəsaitləri və rayonun daxili büdcəsi icra başçısı Şahin Məmmədov, icra hakimiyyətinin Ağcabədi şəhər üzrə nümayəndəsi Aqil Əliyev və 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov tərəfindən mənimsənilir. 

Bu barədə Ağcabədidən ünvanlanan məlumatda bildirilir ki, Ağcabədi şəhərinin küçələrinə ildə bir neçə asfalt çəkilsə də, çəkilən asfaltlar bir neçə ay müddətində dağılır. Bunun səbəbi isə çəkilən yolun qalınlığı bir qayda olaraq 4-5 sm-dən artıq olmur. Bu yolla isə Ağcabədi şəhər üzrə nümayəndəsi Aqil Əliyev və 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov hər il külli miqdarda dövlət vəsaiti mənimsəyirlər. Mənimsənilən vəsaitin bir hissəsi isə təbii olaraq rayon icra hakimiyyətinin başçısına çatdırılır.

Məlumatda qeyd olunur ki, bütün işlər Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin sifarişi ilə həyata keçirilir və Ağcabədinin icra nümayəndəsi son 2 ildə Vidadi Hüseynovun 33 saylı Yol istismar İdarəsinə və özəl şirkətinə - «Ağcabədi Fərid» MMC - üst-üstə 1, 2 milyon manatdan çox vəsait köçürüb. Həmin vəsait isə Ağcabədi şəhər H.Əliyev, S.Vurğun, Nizami, Qarabağ, Xətai, Nəsimi, H.Hacıyev, Xəlfərəddin, C.Cabbarlı, Ə.Süleymanov, Babək, E.Sadıqov, Ş.Cəmşidov, E.İsmayılov, 28 may, Z.Adıgəzəlov, Ə.Muxatraov küçələrinə salınan asvaltlanmasına sərf olunub. Bu işləri isə Vidadi Hüseynovun 33 saylı Yol istismar İdarəsi və oğlunun adına olan «Ağcabədi Fərid» MMC həyata keçirdib. Sənədlərə əsasən adı çəkilən küçələrə 70 min kubmetrdən çox asfalt qoyulub. Məlumatda bildirilir ki, həmin asfaltın sənəsləşdirmələrdə 1 kvadrat metri 12 manat yazılsa da qoyulan asvaltın qiyməti 7 manatı keçməyib.

Layihə də qeyd edilib ki, qoyulan asfaltın qalınlığı 10-12 sm arası olmalıdır. Amma Vidadi Hüseynovun qoyduğu və Aqil Əliyevin təhvil aldığı asfaltın qalınlığı 4-5 sm keçmir. Təkcə H.Əliyev küçəsində asvaltın qalınlığı 10 sm-dir. Mənbə bildirir ki, asfalt maxinasiyasında əldə olunan külli miqdarda qazancın 50 faizi Ağcabədi icra başçısıs Şahin Məmmədova, yerdə qalan 50 faizi isə Vidadi Hüseynovla icra nümayəndəsi Aqil Əliyevə çatıb.

Aqil Əliyevlə Vidadi Hüseynov ikilisi isə asfalt maxinasiyasından son 2 ildə 250 min manatdan çox qazanc götürüblər. Şahin Məmmədovun rayonda aparlan abalıq işlərindən ümumi qazancının isə yarım milyon manatdan artıq olduğu bildirilir(pia.az).

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…


Digər xəbərlər
SON XƏBƏRLƏR