Cavid Qurbanov camaatı evindən çıxarır

img

21-08-2014 [15:59]


"Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanov Miraslan Seyidov adlı Bakı sakininin ailəsini yaşadığı evdən zorla çıxarmağa çalışır.

Bu məlumatı virtualaz.org saytına tanınmış hüquqşünas, Seyidovlar ailəsinin hüquqi nümayəndəsi Aslan İsmayılov verib.

A.İsmayılovun sözlərinə görə, Seyidovlar C.Qurbanovun təzyiqləri qarşısında qalan, lakin öz evini tərk etmək istəməyən sonuncu ailədir. Onların evi Azərbaycan Voleybol Federasiyasının binasının arxasında yerləşir.

Hüquqşünas bildirib ki, ailənin başçısı Miraslan Seyidov çörəkpulu qazanmaq üçün Rusiyaya gedib və hazırda Moskvadadır. Evdə onun yalnız həyat yoldaşı və üç azyaşlı övladı qalıb: "Seyidovlar ailəsinin problemləri deputat Cavid Qurbanovun həmin ərazidə otel tikdirmək istəməsindən sonra başlayıb. Deputat burada yaşayan ailələri evlərindən köçürdü. Hamı köçdü, təkcə Seyidovlar öz evindən çıxmaq istəmədi. Bu gün səhər isə polislər Seyidovların evinə gələrək ailə üzvlərini öz evlərindən zorla köçürməyə cəhd edib. Amma ailə üzvləri öz evlərini tərk etmək istəmir”.

A.İsmayılov və virtualaz.org saytının müxbiri hazırda hadisə yerindədirlər. Müxbirimiz bildirir ki, polislər Aslan İsmayılova qarşı zorakılıq ediblər. Evin 40-dək polis əməkdaşı tərəfindən əhatəyə alındığını deyən müxbirimiz onu da bildirir ki, polis əməkdaşları çəkiliş aparan jurnalistlərə qarşı da kobudluq ediblər, onların fotoaparatlarını və videkameralarını zorla alaraq bütün çəkilişləri siliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR