Bakıda polis əməkdaşının arvadı özünü beşinci mərtəbədən atdı (TƏFƏRRÜAT)

img

21-08-2014 [13:12]


Bakıda intihar hadisəsi baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi-49 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 27 yaşlı Qəmər Həsən qızı Hacıyeva özünü yaşadığı binanın beşinci mərtəbəsindən ataraq intihar edib.
Polisdən həmçinin bildirib ki, mərhumun həyat yoldaşı Edqar Hacıyev Rayon Polis İdarəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.

***

Lent.az-ın məlumatına görə,dünən 27 yaşlı Q.Hacıyeva həyat yoldaşı və digər yaxın qohumları ilə paytaxtda keçirilən toy mərasimində iştirak edib. Gecə saatlarında onlar rayondan gəlmiş bir neçə qohumları ilə evə qayıdıblar. Saat 02 radələrində isə naməlum səbəblərdən Q.Hacıyeva mənzilin pəncərəsinə çıxaraq özünü atıb. Onun yaxınları 27 yaşlı Qəmərin məhz həyat yoldaşı ilə dalaşdıqdan sonra, ərinin zorakılığı nəticəsində intihar etdiyini iddia edirlər.

Belə ki, gecə saatlarında intihar etmiş Q.Hacıyevanın yaxınları onun ölümünə inanmayaraq təcili olaraq 7 saylı təcili tibbi yardım stansiyasına aparıblar. Burada qadının öldüyü dəqiqləşib. Elə bu zaman Q.Hacıyevanın doğmaları ilə onun həyat yoldaşının yaxınları arasında dava-dalaş düşüb. Əraziyə cəlb edilmiş polis tərəfləri ayırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. araşdırmalar aparılır.

Qeyd edək ki, ailənin bir azyaşlı övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR