Müsavat yenidən meriyaya müraciət edəcək

img

20-08-2014 [16:41]


Avqustun 18-də Müsavat Partiyası Qurultaya Hazılıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Partiyadan daxil olan məlumata görə, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın VIII qurultayının 27 sentyabr 2014-cü il tarixdə keçirilməsinə hazırlığın gedişi və görülən işlər haqqında məlumatları dinləyərək qərara alıb:

1. Qurultayın keçirilməsi üçün təşkilati-texniki hazırlıqların həyata keçirilməsi ilə bağlı ötən iclasda qəbul edilmiş qərarlar əsasən yerinə yetirilmiş hesab olunsun. Bu istiqamətdə tamamlanma işləri davam etdirilsin.

Bülleten formalarının layihələrinin, qurultay nümayəndələrinin qeydiyyata alınması, Say Komissiyasının təşkili və səsvermənin həyata keçirilməsi qaydaları haqqında hazırlanan layihələr müzakirə zamanı verilən təkliflər nəzərə alınmaqla təkmilləşdirilsin və növbəti yığıncaqlara çıxarılsın.

Qurultay nümayəndələrinin, dəvət olunacaq media təmsilçilərinin və qonaqların siyahılarının dəqiqləşdirilməsi davam etdirilsin. Müsavat Partiyasının 100 illik tarixini əks etdirən xüsusi buraxılışın və video-çarxın, qurultay keçiriləcək zalın və binanın divarlarından asılmaq üçün şüarların və plakatlərin hazırlanması işinə diqqət artırılsın.

2. Partiyanın Nizamnaməsi və Proqramına təklif olunan dəyişikliklərin müzakirəsinin yekunlaşdırılması, layihənin son variantının razılaşdırılması işi sürətləndirilsin və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağında müzakirəyə çıxarılsın.

3. Seçkili orqanlara namizədlərin irəli sürülməsi müddəti qurultaya 30 gün qalmış (28 avqust 2014-cü il saat 1000-dan) başlayır və qurultaya 10 gün qalmış (17 sentyabr 2014-cü il saat 1000-dək) başa çatır.

- Təşviqat kampaniyası müddəti qurultaya 30 gün qalmış (28 avqust 2014-cü il saat 10:00-dan) başlayır və səsvermənin başlanması haqqında qurultayın qərar verdiyi ana qədər davam edir.

- Namizədliyin irəli sürülməsi haqqında ərizə QHTK-nın sədrinin adına yazılır və Təşkilat Departamentinə təqdim olunur. Təqdim olunan ərizələr xüsusi dəftərdə namizədin şahidliyi ilə qeydə alınır və namizəd tərəfindən imzalanır (Həbsdə olan müsavatçılar müraciət edəcəkləri halda onlara qarşı məhdudiyyətlər nəzərə alınmaq şərti ilə).

- Namizədliyini irəli sürən şəxs ərizədə özünün soyadı, adı, atasının adı və lazım bildiyi halda təxəllüsünü, seçkili orqanın (başqan, MNTK və sərbəst Məclis üzvü) adını və ərizənin verilmə tarixini qeyd etməlidir.

4. Qurultayın keçirilməsi üçün yer ayrılması istiqamətində səylər davam etdirilsin.

- Müvafiq zallar ilə bağlı danışıq aparmaq məqsədilə İşçi Qrupu yaradılsın.


Digər xəbərlər
SON XƏBƏRLƏR