Mikayıl Cabbarov təhsil şöbə müdirlərini topladı-Müşavirə

img

20-08-2014 [16:00]


Avqustun 20-də Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin yekunları və 2014-2015-ci dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər məsul işçilər iştirak ediblər.

Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov ötən dərs ilinin əlamətdar hadisələrlə yadda qaldığını və ölkə təhsilinin strateji inkişafı baxımından başlanmış islahatların uğurla davam etdirildiyini bildirib.

Nazir təhsilin məzmunu, müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris resurslarının hazırlanması, təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi hallara qarşı mübarizə sahəsində aparılan islahatların müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatların dərin ictimai rəğbətlə qarşılandığını və cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini bildirib. Nazir qeyd edib ki, ötən dərs ilində təhsilin bütün pillələri üzrə yekun göstəricilər və həyata keçirilən islahatların ilkin nəticələri bunu deməyə əsas verir.

Müşavirədə, o cümlədən, regional idarələrin formalaşdırılması üçün atılacaq addımlar, qarşıda duran vəzifələr, digər dövlət orqanları ilə fəaliyyətin koordinasiyası və digər məsələlər ətraflı müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR