Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri müraciət etdi

img

20-08-2014 [15:37]



Hörmətli həmkarlar, dəyərli vətəndaş cəmiyyətinin nümayəndələri! Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq 6 avqust 2014-cü il tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Forumu tərəfindən "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə yaydığı bəyanatı birmənalı pisləyirik. 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyətin varisi elan edən müstəqil Azərbaycan Respublikası hüquqi dövlət prinsiplərinə sadiqliyini həmişə nümayiş etdirmişdir. Təəssüflər olsun ki, ölkəmizin inkişafını istəməyən, Azərbaycanın regionda əsas söz sahibi olaraq böyük və barışılması zəruri olan gücə çevrilməsindən narahat olan bəzi beynəlxalq təşkilatlar ölkəmizin imicinə kölgə salmaqla qısqanc münasibətlərini bu formada ifadə edirlər. Azərbaycan iyirmi illik müstəqilliyi dövründə insan hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin bərqərar olunmasında sıcrayışlı bir yol keçə bilmişdir. Və qanunların hamı üçün bərabər olduğu hüquqi bir dövlət qura bilmişdir. Biz birmənalı olaraq ölkəmizdə hansısa bir vətəndaş cəmiyyəti liderinin həbsini siyasi sifariş hesab etməyin əleyhinəyik. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində kifayət qədər uğurlar var və zaman-zaman bu sahədə hüquqi islahatlar həyata keçirilir. Həbs olunan vətəndaş cəmiyyəti nümayəndələrinin əməlində konkret cinayət tərkibinin olması səbəbindən saxlanılmaları hüquq mühafizə orqanları tərəfindən bəyan edilmiş və qanunun tələbi ilə məsələlərə aydınlıq gətirilmişdir. Bir neçə şəxs barəsində isə istintaq hərəkətləri davam etdirilir. Sual olunur: əgər hər hansı Avropa dövlətində şəxs və ya şəxslər tərəfindən və ya hansısa qeyri-hökumət təşkilatı tərəfindən qanunun tələbi pozulursa o zaman hansı addımlar atılır? Qanun qarşısında istisnalar mümkün deyil və hər kəs konkret əməlinə görə məsuliyyət daşımalıdır. Əminik ki, 6 avqust 2014-cü il tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Forumu tərəfindən "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə bəyənatıza iradımızı qəbul edəcəksiz.
Hörmətlə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub