Niyaməddin Orduxanlı Şərq Tərəfdaşlığı Cəmiyyəti Forumuna qarşı bəyanat verdi

img

20-08-2014 [15:32]


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə yaydığı bəyanat ciddi etiraza səbəb olub. 

Bunun la bağlı etiraz bəyanat qəbul edən "Bələdiyyələrin İnkişafına Yardım ictimai birliyi həmin bəyanatı forumun katibiyinə də göndərib. Bəyanatı yerli mətbuata birliyin sədri Niyaməddin Orduxanlı yayıb. Bəyanatda deyilir: 6 avqust 2014-cü il tarixdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə bəyanat yaymışdır. Həmin bəyanatda Leyla Yunus, Arif Yunus Rəsul Cəfərovun həbslərini Azərbaycan hökümətinin represiyası kimi təqdim edilir və bu qınalınır. Biz bir birlik olaraq bəyan edirik ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yaydığı bu bəyanat birbaşa Azərbaycan qanunlarına olan hörmətsizlikdir və bu siyasi xarakter daşıyır. Hal-hazırda adı çəkilən şəxslərin istintaqı gedir və bunlara qarşı olan ittihamlar vətənə xəyanət və vergidən güllü miqdara yayınma maddələridir. İstintaqın getidiyi bir dövrdə belə bir bəyanatla çıxış etmək istintaqa təzyiq xarakteri daşıyır. Bütün bunlara qəti şəkildə etiraz edirik və VCF tərəfindən müdafiə olunmasını dair etiraz məktubunu qurumun Katibliyinə göndərilməsini məqsədəmüvafiq hesab edirik. Birliyin bəyanatını nəzərdən keçirməyi xahiş edirik. 

Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi”

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub