Leyla Yunus türmədən ərinə məktub yazdı

img

20-08-2014 [12:37]


Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus özü kimi həbsə alınmış həyat yoldaşı Arif Yunusa açıq məktub ünvanlayıb. "Azadlıq.info" saytında dərc olunmuş məktub aşağıdakı kimidir.

"Əzizim Arif,

Bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı kameralardayıq. Mənim əzizim, məgər sən bilmirsənmu ki, mən hər şeyə dözərəm: həm, dəhşətli fiziki ağrılara (soyuq su məndə ciddi soyuqdəymə də yaradıb), həm kameradakı köhnə stajlı cinayətkarın təzyiqlərinə (yeri gəlmişkən, o, gəncəlidir və yenə də bizim Gəncə bizi məyus etməkdədir) , həm də prokurorluqdan gələnlərin vizitləriniə. Mən yeməyin olmamasına da dözürəm (bilirəm ki, sənə də bir şey gətirməyə imkan vermirlər, mələfələri dəyişmirlər və dərmanların da yoxdur). Mən də dərmansız və yeməksiz qalmışam". 

Daha sonra L.Yunus boğanaq kamerada boğulmasından, həm də aclıq və dərmansızlıqla sınağa çəkilməsində yazır.

L.Yunus daha sonra yazır: "Mən səninlə hətta məktublar vasitəsilə də danışmaq imkansızlığına dözmürəm və buna görə də, sənə açıq məktub yazmaq qərarına gəldim. Bir yolla sənə çatar, yəqin ki.

Sən bilirsən ki, biz səninlə birlikdə Soljenitsını da, Varlam Şalamovu da, Qrossmanı da, Aksyonovu da oxumuşuq. Biz tez-tez bu barədə danışmışıq ki, eyni vaxtda həbs edilən ər-arvad nə hiss edirlər. 1937-ci illərdə belə hallar olduqca çox olurdu, axı. 

Amma biz təsəvvür etmirdik ki, 21-ci əsrdə 30-cu illərin repressiyaları bizi yaxalaya bilər. Dünən Qrossmanın sözlərini və onun  «Həyat və tale»yini xatırladım. O, məhbusların duyğuları haqqında yazır: «Üzücü qüssənin yerini nəhayətsiz opium- optimizm alır...».

Avtoritar rejimlərin zindanlarındakı optimizm haqqında olduqca dəqiq deyilib. Elə oradaca, bir məsələdən söhbət açılırdı. 1942-ci ildə yəhudilər bir-birinə belə bir dəqiq informasiya ötürürdülər: «Hitlerə sərt ultimatum veriblər ki, bütün yəhudiiləri təcili azad etsin!».

Və adamlar buna inanırdılar. İnanırdılar, ona görə ki, bu nəhayətsiz opiumdan- optimizmdən bərk-bərk yapışmışdılar.

Amma biz realistik. Siyasət çirkli şeydir. Biz hər şeyi anlayırıq. Həyatın necə davam etməsindən asılı olmayaraq, ən pisi budur ki, mən səni görə bilmirəm. Və bu, bizim 37-imizdir". 

Digər xəbərlər
SON XƏBƏRLƏR