Bakıda ata ilə oğlunu vəhşicəsinə döydülər

img

20-08-2014 [12:29]


Bakıda ata və oğlu döyülüb.

AzNews.az xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Belə ki, 1976-cı il təvəllüdlü Vidadi Qurbanov və oğlu 2001-ci il təvəllüdlü Orucəli Qurbanov naməlum səbəbdən döyülüblər.

Onların hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətiriliblər. KTM-dən bildirilib ki, hər iki xəsarət alan şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Ata və bala kələ beyin travması və bədəninin müxtəlif zədələri ilə ayrı-ayrılıqda palatalara yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR