Müsavatdakı dava xəbəri ilə bağlı- Açıqlama+Yenilənib

img

20-08-2014 [12:03]


Xəbər verdiyimiz kimi, bu gün "Bizim Yol" qəzeti Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası ilə bağlı xəbər yayıb. Məlumata görə, iclasda başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal yaşanıb, tərəflər bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər. Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib.

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verənArif Hacılıbildirib ki, bu, tamamilə əsassız xəbərdir: "Müsavat Partiyasının Divan iclasında və ya hər hansı bir toplantısında bu səviyyədə müzakirələr aparıla bilməz. Belə müzakirələr həmin xəbəri yayanların səviyyəsinə uyğundur".

Tural Abbaslıda "Qafqazinfo”ya açıqlamasında xəbərin tamamilə uydurma olduğunu bildirib: "Müsavatda bu səviyyədə iclaslar heç vaxt olmayıb. Ola bilsin ki, iclas daxilində Hüseyn Məliklə bağlı hər hansı fikir səsləndirilib. Amma başqanı ittiham etmək xəbəri uydurmadır. Müşavirləri təyin etmək başqanın səlahiyyətindədir. O ki, qaldı namizədlər arasında yayılan xəbərə, bu da əsassızdır. Ola bilər ki, hər hansı texniki bir məsələdə fikirlər üst-üstə düşməsin. Amma bu o demək deyil ki, onlar bir-birinə qarşı belə ifadələr işlədiblər. Kiçik bir məlumat ətrafında uydurma, əsassız və şişirdilmiş bir xəbər yazıblar".

Müsavat Partiyasının Divan üzvüQubad İbadoğluda AzNews.az-a açıqlamasında partiyada davanın olması xəbərini təkzib edib: Onun sözlərinə görə, mətbuatda avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında baş verənlər və barəsində yazılanlar həqiqəti əks etdirmir: ""Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz. Bu yazılanların heç biri həqiqətə uyğun deyil. Sadəcə, bəzi insanlar belə xəbərləri məqsədli şəkildə özlərindən uydurublar. İclas keçirilib və normal şəkildə də davam edib”.

Q. İbadoğlu iclasda Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Qurani-Kərim”ə and içməsi barədə yayılan xəbərə də aydınlıq gətirib: "Ümumiyyətlə, ortada Quran olmayıb. Mən nə Quran görmüşəm, nə də İsa bəyin ona and içməsini... Bu uydurma və şərdir. Məqsədli şəkildə həm partiyanın funksionerlərini gözdən salırlar, həm də qurultaya kölgə salırlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR