Jurnalistin başını kəsdilər - Video

img

20-08-2014 [10:24]


İraq və Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları artıq iki ilə yaxındır itmiş hesab edilən amerikalı jurnalist Ceyms Foulini edam edib.

"Qafqazinfo” xəbər verir ki, "Amerikaya mesaj” (A Message To America) adlı videoda Foulinin bəyanatı, həmçinin onun edamı da əks olunub. Yaraqlılar ABŞ-ı öz qoşunlarını İraqdan çıxarmağa çağırıb. Əks halda onlar girov götürülən daha bir jurnalisti Coel Satloffu da edam edəcəklər. Fotoqraf Fouli sonuncu çıxışında öz ölümünə görə ABŞ hakimiyyətini günahlandırır.

"Mən öz dostlarımı, ailəmi və yaxınlarımı mənim əsl qatillərimə, ABŞ hökumətinə qarşı inqilaba səsləyirəm. Mənim ölümüm-onların cinayətkar əməllərinin nəticəsidir” – deyə, Fouli bildirib.


Şərh Yaz



Digər xəbərlər
SON XƏBƏRLƏR