Məktəbli formalarının satış qiyməti bəlli oldu

img

19-08-2014 [23:46]


Builki tədris mövsümündə məktəbli formalarının qiyməti dəyişməyəcək.

Bunu virtualaz.org saytına "Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildiriblər.

Qurumdan dedilər ki, məktəbli formalarının qiyməti 40 və 52 manat məbləğində müəyyənləşdirilib. Belə ki, ibtidai sinif şagirdləri üçün məktəbli dəstləri 40, yuxarı siniflər üçün isə 52 manatadır. Qiymətlərə köynəklər də daxildir.

Tikiş fabrikindən onu da qeyd etdilər ki, artıq fabrikin istehsal etdiyi formaların satışına başlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR