Sabah 41 dərəcə isti olacaq

img

19-08-2014 [15:07]


Avqustun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcəyədək isti olacaq.
 
Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi  rütubət gecə 75-85, gündüz  50-60 faiz  təşkil edəcək.
 
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR