Bakı metrosu yenilənir

img

19-08-2014 [14:54]


Bakı Metropoliteni” QSC ilə Fransanın "Thales SA” şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.


QSC-dən AzVision.az-a verilən məlumata görə, müqaviləyə əsasən, Fransa şirkətindən müasir tələblərə cavab verən, ən son texnoloji idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatının həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə alınacaq avadanlıqlardan Bakı Metropoliteninin tikilməkdə olan "Avtovağzal” və "Memar Əcəmi-2” ("Bənövşəyi xətt”) stansiyalarında istifadə ediləcək.

 Yeni sistemin tətbiqi Bakı Metropolitenində bütün idarəetmə və işarəvermənin tam avtomatlaşdırılmasına, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsinə imkan yaradacaq.

 Xatırladaq ki, "Bakı Metropoliteni” QSC ilə "Thales SA”, "Bouygues Travaux Publics” və "Alstom Transport” şirkətləri arasında anlaşma memorandumu Fransa Prezidenti Fransua Ollandın bu ilin mayın 12-də Azərbaycana səfəri çərçivəsində imzalanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR