Leyla Əliyevanın adından yayılan müraciət saxta çıxdı

img

19-08-2014 [13:24]


Heydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama verib.


Fondun mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin heyətinə müraciət yayılıb. Məlumatda Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki hesabı vasitəsi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir.

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamenti bildirir ki, xəbərdə istinad olunan Facebook sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına Facebook sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb. Bununla əlaqədar bildiririk ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır:

Digər xəbərlər
SON XƏBƏRLƏR