Məzuniyyətə gələn əsgər Nabranda çimərkən boğulub

img

19-08-2014 [12:35]


Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, Xaçmaz rayonunda dənizdə ("Seyidli” sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev sərxoş halda çimərkən batıb. 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. 

Ə. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. 

"Qafqazinfo" xəbər verir ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi. 

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən bölgə müxbirinə təsdiqlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR