Əhməd Əhmədzadəyə qarşı müdhiş korrupsiya itiihamı-10 milyonluq yeyinti

img

19-08-2014 [11:49]



Zakir Quliyev və Elman Nuriyev ikilisi Kür-Araz bəndlərindən 10 milyon manatlarla vəsait «yuyublar».

Son iki ildə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Kür Araz və digər çaylarda bəndlərin yenilənməsi və cari təmiri üçün ayrılan 20 milyon manat vəsaitin yarıdan çoxu mənimsənilib. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC sdərinin ümavini Zakir Quliyev və onun yaxın qohumu, Kür Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri Elman Nuriyev çaylara bənd vurmaq adı altında milyonlarla manat dövlət vəsiti mənimsəyiblər. Xatırladaq ki, ASC-də «Cavad Qruplaşması»nın lideri kimi tanınan və Əhmədzadəninin yerinə ASC sədrliynə əsas namizəd olan Zakir Quliyev Meliorasiya və Su Təsərrüfatı ASC sdəri Əhməd Əhmədzadənin müavini təyin olunmamışdan əvvəl, Kür Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri işləyib. Müavin təyinatı aldıqdan sonra öz yerini «sağ qolu» Elman Nuriyevə təhvil verib.

Qeyd edək ki, 2010-cu ildə baş verən daşqınlar zamanı bəndlərin yararsızlığı nəticəsində yerli əhaliyə və dövlətə həddindən artıq böyük ziyanlar dəymiş və bu daşqınlardan dəyən ziyvanların nəticələri hələ də tam olaraq ortadan qaldırılmayıb. Sabirabada bəndlərin daşqına tab gətirə bilməməsi isə məhz Zakir Quliyevin və daha sonra isə Elman Nuriyevin üzərilərinə düşən vəzifələrini barmaqarası yerinə yetirməsinin və ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi əsas rol oynayıb. Belə ki, bəndlərə vurulan torpaqların elə bəndin yanından götürülməsi bəndlərinin davamlılığını azaldan əsas faktor olub. Bunun müqabilində isə Zakir Quliyev və Elman Nuriyev cütlüyü isə torpağın bəndə daha uzaq məsafədən gətirlməsi kimi sənədləşdirərək külli-miqdarda dövlət vəsaiti mənimsəyiblər. Buna baxmayaraq bəndlərə görə məsuliyyət daşıyan Zakir Quliyev və Elman Nuriyev cütlüyü nəinki öz vəzifələrini qoruyub saxlaya bildidilər, hətta bəndlərin bərpası üçün ayrılan daha böyük vəsaitlərin xərclənməsinə rəhbərlik etməkdə davam etdilər.

PİA.AZ-a məlumat verən mənbəninin bildirdiyinə görə baş verən ağır daşqının nəticələri belə Zakir Quliyev və Elman Nuriyev cütlüyü yçyn dərs olmayıb. Belə ki, bəndlərin bərpası zamanı toraq yenidən bəndlərin qarşısından çıxarılaraq bəndlərə vurulub. Bu isə yeni daşqın baş verəcəyi təqdirdə bəndlərin üzmə təhlükəsinin böyük olduğunu göstərməkdədir.

Təkcə onu qeyd etmək yerinə düşər ki, bəndlərin bərkidilməsi üçün son iki ildə dövlət tərəfindən 20 milyon manat vəsait ayrılıb. PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, həmin məbləğin böyük hissəsi ancaq sənədlərdə «xərclənib». Faktiki olaraq isə ayrılan vəsaitin böyük hissəsi mənimsənilib.

Həmçinin məlumata əsasən bu vəsaitlərdən başqa idarənin balansında olan çoxlu sayda traktor, ekskavatorlar və digər ağır tonnajlı maşınlar üçün ayrılan yanacq, ehtiyyat hissələri üçün ayrılan vəsaitlərində həcmi bir neçə milyon manatdan çox olub. Məlumatlı mənbəmiz qeyd edir ki, Elman Nuriyev Zakir Quliyevlə əlbir olaraq idarənin balansından podratçı kimi özlərinin yaratdığı bəzi «10 manatlıq» MMC-lərin hesabına yüz min manatlarla vəsaitlər köçürdərək mənimsəyirlər.

Daxil olan məlumatda göstərilir ki, Zakir Quliyev rəsmi şəkildə Elman Nuriyevə və Meliorsaiya və Su Təsərrüfatı ASC-nin Muğan-Aran bölgələrindəki idarələrinə «krişalıq» edir. ASC sədrinin müavinin «krişalıq» etdiyi idarələrə ayrılan vəsaitlər bəzi regionların idarələrinə nisbətən xeyli çox olduğu bildirilir. Qeyd olunur ki, Muğan və Aran bölgələrindəki idarələrin müdirləri həyata keçirdikləri maxinasiyaların "faizni” məhz Zakir Quliyevə verirlər.

Zakir Quliyevin ən əsas yeyintilərin yol verildiyi idarə isə öz yerinə təyin etdirdiyi Elman Nuriyevin rəhbərlik etdiyi Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsidir. İddiaya görə Zakir Quliyev Kür Araz çaylarından başqa bir neçə çay bəndlərinin istismar işlərini də Elman Nuriyevin nəzarətinə verə bilib. Həmin çaylarda bənd vurma işlərindən isə müavinlə müdirin gəlir həcmi bir neçə mjilyon manat olduğu qeyd olunur.

Zakir Quliyevin Muğan və Aran rayonlarındakı kolektorların və kanalların çəkilməsi və təmizlənməsi lahilləyələrində də kilid şəxslərdən biri olduğu qeyd olunur. Məhz Zakir Quliyevin "xeyir duası” olmadan heç bir şirkət Sabirabad, Saatlı, İmişli, Beyləqan, Fizuli, Ağcabədi rayonlarındakı yeni kollektorların və drenajların çəkilməsi və təmizlənməsi tenderlərində qalib ola bilməz. Son iki ildə ASC sədrinin müavinin Muğan və Aran rayonlarındakı kollektorların çəkilməsi üçün keçirilən tenderləri özünə yaxın olan MMC-lərə verdiyi iddia olunur.

Mənbə qeyd edir ki, tenderin qalibi olan şirkətlər Zakir Quliyevin hesabını ilk öncədən ödəyirlər. Ümumilikdə isə son 2 ildə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Fizuli, Ağcabədi rayonlarındakı Sudan İstifadə Edənlər Birliklərinin ərazilərindəki kollektorların çəkilməsinə 40 milyon manatdan çox vəsait ayrıldığı bildirilir. Həmin vəsait Zakir Quliyevin "xeyir duasını” alaraq tenderdə qalib elan edilən müxtəlif şirkətlərə köçürülüb.

Bildirək Zakir Quliyevin İmişli rayonunda böyük karyerinin, həmçinin Bakı şəhərində müxtəlif obyektlərinin olması ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyaları araşdırdıqdan sonar oxucularımızın diqqətinə təqdim edəcəyik.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…
pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR