Artur Rəsizadə daha bir qərar verdi-DƏYİŞİKLİK

img

19-08-2014 [11:42]


Azərbaycan hökuməti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na dəyişikliklər edib.

Nazirlər Kabinetindən verilən məlumatına görə, 3.5.4-cü yarımbəndə edilən dəyişiklərə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq.

4.17-ci bəndə edilən dəyişikləyə əsasən isə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa, avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir".

11.3.14-cü yarımbənd yeni redaksiyada verilib: "Bu qaydaların 4.17-ci bəndində nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsini təmin etmək".

Bundan əlavə, XV hissənin adında "Pretenziya və iddiaların" sözləri "Pretenziyaların" sözü ilə əvəz edilib, 15.5-ci bənd ləğv edilib.

16.10.4-cü yarımbənd də yeni redaksiyada verilib: "Bu qaydaların 4.17-ci bəndində nəzərdə tutulmuş icbari sığorta növləri həyata keçirilmədikdə".


Digər xəbərlər
SON XƏBƏRLƏR