Bakı Dövlət Layıhə İnstıtutunun Sumqayıtda uğursuz layıhəsı

img

19-08-2014 [11:37]


Son illər respublikanın iri şəhər və rayonlarında əsas prospektlərdə, əsasən də ölkə rəhbərliyi və qonaqların gəliş-gedişi çox olan küçələrin ətrafında olan binalarda üzləmə (fasadlama) işləri aparılır. 

Bu zaman yaşı 50 ildən çox olan binalar belə üzlüklənərək yeni modern və yaraşıqlı bina görünüşünə gətirilir. Bu zaman bunanın həyət tərəfi və podezdlər elə əvvəlki görkəmində və durumunda da qalır. Dəyişən isə çöl tərəfdən görsənən hissədir. Görəsən biz bununla kimi aldadırıq, gələn qonaqları, yoxsa özümüzü? Ola bilsin ki, deyilsin ki, binanı söküb yerində daha yaraşıqlı və göz oxşayan bir dizayında bina tikmək baha başa gəlir. Lakin o zaman təkcə binanın yol tərəfdən görsənən tərəfi deyil, həyət və podezddən də təmir olunması və fasadlanması gərəkdir. Paytaxtla yanaşı, Sumqayıt şəhərində də bu fasadlama işlərinə start verilib. Bu günlərdə məlum olub ki, Sumqayıtda Sülh prospektinin 36-cı məhəllə yerləşən hissəsində binalarda aparılan şüşə konstruksiyalı fasadlaşma işləri vətəndaşları eyvansız qoyacaq. Belə ki, bina hazır olduqdan sonra eyvanların ölçüləri nəzərə çarpacaq dərəcədə kiçiləcək. Binanın 4-cü mərtəbəsinə qədər olan eyvanlar 70 sm, 5-ci mərtəbədəki eyvanlar isə 60 sm olacaq. Bu isə sakinlərin ciddi narazılığına səbəb olub. Tikinti aparan şirkət və səlahiyyətli şəxslər mənzillərin eyvanlarının "kupça”ya daxil edilmədiyini əsas gətirərək vətəndaşı dinləmək belə istəmirlər. Lakin başa düşmək istəmirlər ki, bu eyvanlar həmin vətəndaşa məxsusdur və mənzilin ümumi sahəsi üstündə gedir. Respublikada geniş parklar, istirahət mərkəzləri, çox zolaqlı yollar, rahat körpülər salınan zaman bəzi işbazlar düzgün düşünülməyərək hazırlanmış layihələrə istinad edərək əhalini narazı salırlar. Sumqayıtda sözü gedən binalar 1964-cü ildə tikilərək əhalinin istifadəsinə verilmişdir. Onsuz da darısqal və yaşamaq üçün minimal tələblərə belə cavab verməyən bu binalarda vətəndaşların mülkiyyət hüququ pozularaq, onalarla razılaşdırılmadan eyvanlar sökülərək kiçik ölçülü eyvanlarla əvəz edilir. Hətta bir sakinin eyvanı tamamilə təxirə salınıb. Ən dəhşətli mənzərələrdən biri isə odur ki, həmi məhəllədə yerləşən 5/11 və 6/11 binalar bitişik olduğu halda yalnız 5/11 nömrəli binada fasadlama işləri aparılır. Çünki, gələn qonaqlar və ölkə başçısı keçəndə əsasən 5/11 görsənir, 6/11 görsənmədiyindən bu bina elə köhnə görünüşündə qalır. Bəlkə də elə belə qalsa yaxşıdır. Təzə dizayınlı binada eyvansız qalmaqdansa, elə köhnə dizaynda eyvanlı olmaq daha yaxşıdır. Bütün bunların məsuliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür. Sumqayıt İcra Hakimiyyəti bu layihədə sifarişçi olaraq şəhərin girişində yerləşən binaların fasad işlərini sifariş verəndə binaların gözəlliyi ilə yanaşı, sakinlərin rahatlığını da düşünməli idi. Bakı Dövlət Layihə İnstitutunun direktoru əməkdar memar İlqar İsbatovun qəbuluna düşmək isə mümkün deyil. İnstitutun direktor müavini Şakir Eyvazov Daşınmaz Əmlakın Texniki Pasportunda göstərilərək vətəndaşın mülkiyyəti hesab edilən bu eyvanların sökülməsi məsələsində aciz qalaraq sualları cavablandırmaqdan yayınır. Belə çıxır ki, Sumqayıtda çöl tərəfdən dizayn verilərək fasadlanmış bu binalar ölkə rəhbərliyinə və qonaqlara xoş gəlsin deyə gözəlləşdirilərək, öz həmvətənlilərimizin və vətəndaşlarımızın istirahət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Binanın şüşədən olacaq yeni görünüşlü dizaynı hazırlanan zaman vətəndaşların rahatlığı nəzərə alınmayıb. Bunun məsuliyyəti isə bir başa Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür. Hörmətli İlqar İsbatov cənabları, poza verib çəkdirdiyiniz şəkili əfsuslar olsun ki, Sumqayıtda müəllifi olduğunuz fasadlanaraq balkonları kəsilmiş "Xruşşovka”da çəkdirə bilməyəcəksiniz. Səbəbini isə özünüz düşünün. Qeyd edək ki, bu dizayn yaşayış binasından çox administrativ, inzibati binalara uyğun gəlir. Binalar fasadlanan zaman yaşayış və qeyri yaşayış binalarının mövcud durumu nəzərə alınmalıdır. Cənab Preziden İlham Əliyev dönə-dönə vurğulayır ki, abadlıq işləri aparılan və ya Döblət Proqramları icra olunan zaman heç bir vətəndaş incidilməməli və onun Konstitusiyon hüquqları məhdudlaşdırılmamalıdır. Əminliklə deyə bilərəm ki, cənab Prezidenin bu yalançı abadlaşma və fasadlama əməliyyatlarından xəbəri yoxdur. Dövlətin yenidənqurma və tikinti işlərinə ayırdığı milyonlarla vəsaiti İlqar İsbatov kimi səlahiyyətli şəxslər fasadlama əməliyyatları ilə göyə sovurur. Azərbaycan Respublikasının vətəndaşının mülkiyyəti Konstitusiya ilə qorunur. Bu barədə Konstitusiyanın 13 və 29-cu maddələrində açıq aydın yazılıb. Müvafiq olaraq burada göstərilir: "... mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur” və "Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. İlqar İsbatov və onun himayədarları bu kimi düşünülməmiş layihələri hazırlayan zaman ölkə baçısının vətəndaşları inciməmək ilə bağlı tapşırığını və vətəndaşın mülkiyyət toxunulmazlığını nəzərə almalı idi. 
Mövzunu davam etdirəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR