Prezident İlham Əliyev sərəncam imzaladı-Nazirliyə tapşırıq verildi

img

18-08-2014 [19:20]


Prezident İlham Əliyev bu gün növbəti dəfə sərəncam verib.

MİA-nın xəbərinə görə, plkə başçısı Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən üç min iki yüz nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon (bir milyon yeddi yüz min) manat ayrılması nəzərdə tutulub.

Maliyyə Nazirliyinə maliyyələşməni bu sərəncamın 1-ci hissəsində müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR