Xalq artistinin qızına görə özünü doğrayıb - VİDEO

img

15-08-2014 [23:54]


Dünən "Evdəyik” verilişində məşhurlar və onların fanatlarından danışılıb. Verilişə qonaq qismində təşrif buyuranlar arasında xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova da olub. Mövzu ilə bağlı müğənni başına gələn tükürpədici hadisədən danışıb:

"Elə bir fanatım var ki, fanatmı deyim, o, fanat deyil artıq! Addım-addım izləmək, mən özüm də bilmirəm haraya gedirəm, artıq məndən qabaq bilirdi ki, haraya gedəcəm. O artıq öncədən harasa kimisə göndərirdi. Bir də görürdüm, telefonum da izlənilirdi. Çox geniş imkanlara sahib insandı. Məsəl üçün, mən yolu tapa bilmirdim, zəng vurub deyirdi: "Filan, filan, filan yoldan gedərsiniz”. Deyirdim ki, "Ay bala, yenə sən?! Əl çək də məndən. Nə istəyirsən axı?” Deyir: "Elçi gedəcəm, atandan səni istəyəcəm. Mən onsuz da boşanıram”. Ailəlidir özü də. Mən heç vaxt ailə dağıtmamışam. O mənə görə içkiyə qurşandı, damarını da kəsdi. Daha nələr eləmədi?!”(gecce.az)






Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub