Məşhur porno ulduzu ölümcül döydülər - FOTOLAR

img

12-08-2014 [18:38]


Məşhur porno ulduz Kristi Mak köhnə sevgilisi tərəfindən vəhşicəsinə döyülüb. 

ANS PRESS-in məlumatına görə, "Döyüş Maşını" adıyla tanınan Con Koppenhaver adlı idmançı tərəfindən döyülən Mak xəstəxanada çəkilən fotolarını sosial şəbəkədə paylaşıb. 

Polis tərəfindən axtarılan Koppenhaverin porno ulduzu qısqanclıq zəminində döydüyü məlum olub. Köhnə sevgilsinin evinə gedən döyüşçü orada yad kişilə qarşılaşıb. Polis həmin adamın da hücuma məruz qaldığını və ciddi şəkildə yaralandığını açıqlayıb. 

Mak o hadisə ilə bağlı bunları söyləyib: "Məni vəhşicəsinə döydü. 18 sümüyüm sınıb. Burnum da iki yerdən qırılıb. Sol gözüm görmür. Dişlərim töküldüyü üçün düzgün danışa bilmirəm. Qabırğamda çat var".

Qeyd edək ki, hazırda polis Con Koppenhaver adlı idmançını axtarır. Makın qohumları Koppenhaveri tapana 5 min dollar mükafat verəcəyini açıqlayıb.










Digər xəbərlər
SON XƏBƏRLƏR