Binəqədinin icra başçısı pul qazanmağın yeni üsulunu tapıb

img

11-08-2014 [17:01]


Binəqədi icra hakimiyyətindəki özəl mənbələrdən daxil olan məlumata görə rayon icra başçısı Xaləddin İsgəndərov Avtovağzalın ətrafının plana düşməsinə görə ərazidəki bəzi evlərin sökülməsi üçün göstəriş verib.

Daxil olan məlumatda bildirilir ki, yeni avtovağzalın arxa hissəsində dairəvi yol çəkiləcək və buna görə də ərazinin bir hissəsi plana düşür. Həmin ərazidə isə yüzlərlə ev və obyektlər var. Həminəevlərin və obyektlərin heç birisinin hər hansı bir sənədi yoxdur. Məhz buna görədə ərazinin plana düşməsini göydən düşmə fürsət kimi dəyərləndirən Binəqədi icra başçısı Xaləddin İsgəndərov evlərə sənəd vermək niyyətinə düşüb.

Artıq ərazidə evi olan şəxslərə sifariş edilib ki, sentyabr ayında evlərə və obyektlərə sənəd veriləcək. Bununlada Xaləddin İsgəndərov bir güllə ilə iki dovşan vurmağı planlaşdırır. Belə ki, Xaləddin İsgəndərov artıq evlərə sənəd verilməsinə üçün evlərin sahəsiinə görə 7 min manatla 15 min manat arasında qiymət tətbiq edib. Artıq sakinlərə bu barədə məlumat verilib və onlardan pul yığımına start verilib. Ərazidəki sənədsiz obyektlərə isə icra başçısının daha yüksək qiymət qoyduğu bildirilir.

Bundan başqa ərazi sökülən zaman vətəndaşlarla bazarlığı məhz icra hakimiyyəti həyata keçirəcək. Məhz bu bazarlqıda da Xaləddin İsgəndərov milyonlarla manat gəlir gözləyir.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…

pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR