“Qarabağ” mübarizəni dayandırdı

img

07-08-2014 [10:56]


Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, türnirdə yeganə təmsilçimiz "Qarabağ” da meydana çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Avstriyanın "Zalsburq” klubu ilə üz-üzə gəlib.  Doğma meydanda rəqibinə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu səfərə böyük ümidlərlə yollansa da, görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb.

Çempionlar Liqasında mübarizəni dayandıran komandamız Avropa Liqasının play-off mərhələsində çıxışını davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub