Döyüş bölgəsindən audio-video yayıldı - Audio

img

02-08-2014 [22:13]


Tərtər sakinləri saytımıza dünən gecə gedən şiddətli döyüşlərlə bağlı audio-yazı göndərib.

 

Mia.az Axar.az-a istinadən xəbər verir ki, göndərilən audioda düşmən qüvvələri ilə gedən döyüşün həyəcanlı anları əks olunub. Səslərdən hiss olunur ki, əsgərlərimiz hadisəyə soyuqqanlı yanaşır, düşməni susdurmaqda çətinlik çəkmirlər.

 

Xatırladaq ki, ötən gecə Tərtər istiqamətində gedən döyüşlərdə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbərə görə, 4 əsgərimiz şəhid olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən isə düşmən tərəf daha ciddi itki verib - 20 erməni əsgəri ölüb, 26-sı isə yaralanıb.

 

Səs yazısını təqdim edirik.

 



Digər xəbərlər
SON XƏBƏRLƏR