Emil Məmmədovla bağlı vəsatətlər rədd edildi

img

31-07-2014 [15:27]


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrliyi ilə hüquq müdafiəçisi Emil Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 13-ə təyin olunub.

Bu barədə virtualaz.org saytına vəkil Fariz Namazlı məlumat verib.

F.Namazlının sözlərinə görə, müdafiəçilərinin E.Məmmədov barədəki cinayət işinə xitam verilməsi və həbsdən azad olunması ilə bağlı qaldırdıqları vəsatət açıq saxlanılıb: "İkinci vəsatətimiz ev dustaqlığı ilə bağlı idi. Məhkəmə bu vəsatəti təmin etmədi. Digər vəsatətimiz isə DİN-in bəyanatında Emil Məmmədovun şantajçı kimi qələmə verilməsi ilə bağlıdır. Bu bəyanatı yayan şəxslərin məsuliyyətə cəlb olunması tələbi ilə qaldırdığımız vəsatət də açıq saxlanıldı.

Məhkəmədə digər təqsirləndirilən Tofiq Qasımov istintaq dövründə döyüldüyünü, Emilə qarşı ondan zorla ifadə aldıqlarını bildirib”.

Xatırladaq ki, Emil Məmmədov  "Demokratiya Yardım” QHT rəhbəri olub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da yada salaq ki, E.Məmmədov Salyan rayonunun icra başçısı Tahir Kərimovun əməllərindən dövlət başçısına və hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər ünvanladığı üçün rayon rəhbərliyinin şikayətləri əsasında həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR