Riçard Morninqstar Azərbaycanı tərk edib

img

31-07-2014 [14:58]


Səlahiyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün səhər saatlarında ölkəni tərk edib.

Bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyindən bildiriblər. Morninqstar 2012-ci ildən 2014-cü ilə qədər ABŞ-ın Azərbaycanda səfiri olub.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyi irəli sürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR