Oliqarxın Bakıda satlığa qoyduğu milyonluq villaları – Fotolar

img

31-07-2014 [12:45]


İş adamı Hafiz Məmmədov Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən villalarını satışa çıxarıb.

Həmin ərazidə fəaliyyət göstərən ev dəllallarının axar.az-a verdiyi məlumata görə, Hafkanın bu ərazidə bir neçə villası var:

"Hafiz Məmmədovun villaları böyük pəncərəsi və əksəriyyətinin həyətində qurulan yaşıl çardaqla seçilir. Həm də memarlıq baxımından bir-birinə bənzəyirlər. Ona görə də onları digər villalardan seçmək asandır”.

Müşahidələrimiz zamanı özünün yaşadığı bildirilən villanın qarşısında dayanmış 10 MN 010 dövlət nömrə nişanlı (ön tərəfdə nömrə açılsa da, arxada görünürdü) "Porşe”nin Hafiz Məmmədovun ailəsinə aid olduğu da qeyd edildi.

Dəllalların sözlərinə görə, burada satışda olan villalar normal halda 2 milyon manatdan başlayır:

"Hafkanın villalarının ən aşağı qiyməti isə 3 milyondur. Müəllimin burda daha bahalı villası da var”.

Hafkanın villaları kimi təqdim edilən mülklərin fotolarını təqdim edirik:

- See more at: http://axar.az/news/25351#ad-image-0

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR