“Siyasi sığınacaq nəyimə lazımdır? - Saakaşvili

img

31-07-2014 [11:32]


"Siyasi sığınacaq nəyimə lazımdır? Axı görürsünüz ki, bütün ölkələrdə məni necə qarşılayırlar”.


APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda "Rustavi-2” telekanalının müxbirinin sualını cavablandırarkən deyib.
 
Dünyanın əksər ölkələrində yaxşı qarşılandığını deyən M.Saakaşvili jurnalistə ABŞ-da necə qarşılandığına diqqət yetirməyi məsləhət görüb. "Baxın, Birləşmiş Ştatlarda məni necə qarşılayırlar, onların reaksiyalarına fikir verin”, - deyə, o, vurğulayıb.
 
Qeyd edək ki, Macarıstan hökuməti artıq Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişviliyə siyasi sığınacaq verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR