Yeni rektordan deputata sarsıdıcı zərbə - Şəmsəddin Hacıyev hədələnib - Yenilənib

img

31-07-2014 [11:04]


Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) yeni rektoru Ədalət Muradovun tapşırığı ilə ADİU-nun sabiq rektoru (2004-2014), Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin müdiri olduğu beynəlxalq iqtisadi münasibətlər kafedrası metronun "İçərişəhər” stansiyası yaxınlığında yerləşən universitetin əsas binasından çıxarılıb.

 

Mia.az Publika.az-a istinadən xəbər verir ki, hazırda beynəlxalq iqtisadi münasibətlər kafedrası Dövlət İqtisad Universitetinin "Gənclik" korpusunda fəaliyyət göstərir.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilib.


****


Mia.az xəbərlə bağlı sözügedən universitetdən yeni məlumatlar əldə edib. Bildirildiyinə görə, keçmiş rektor uzun illər rəhbərlik etdiyi kafedranın əsas binadan çıxarılmasına bir neşə həftə müqavimət göstərib. Lakin rektoratlıqdan ona "kafedranı ləğv edərik" xəbərdarlığı olunub. Məhz bu xəbərdarlıqdan sonra Şəmsəddin Hacıyev geri çəkilib və sakit şəkildə köçə başlayıb. 


***

Maraqlı budur ki, Şəmsəddin Hacıyev köçürülməni başqa amillə izah etməyə çalışıb. O, "Beynəlxalq iqtisadi münasibətlər fakültəsini əsas korpusda sıxlıq olduğu üçün "Gənclik"ə köçürüblər. Bunu mətbuatda yazıldığı kimi, hazırkı rektorun mənə qarşı münasibətindən irəli gələn addım kimi qiymətləndirmək düzgün deyil. Əsas korpusda sıxlıq olduğu üçün fakültəni köçürüblər", - deyə, Teleqraf.com-a açıqlamasında xəbərə münasibət bildirərkən söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR