Prezident İlham Əliyev miqrasiya ilə bağlı sərəncam imzaladı

img

30-07-2014 [18:35]


Prezident İlham Əliyev bu gün növbəti dəfə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi məqsədiylə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR